Ənsarullah yeni raket qabiliyyətlərindən xəbər verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i342876-Ənsarullah_yeni_raket_qabiliyyətlərindən_xəbər_verib
Yəməndə Ənsarullah hərəkatının hərbi sözçüsü deyib: İxtiyarımızda olan modern sistemlərlə bütün ərəbistan ərazisini hədəfə ala bilərik.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 22, 2019 12:48 Asia/Baku
  • Ənsarullah yeni raket qabiliyyətlərindən xəbər verib
    Ənsarullah yeni raket qabiliyyətlərindən xəbər verib

Yəməndə Ənsarullah hərəkatının hərbi sözçüsü deyib: İxtiyarımızda olan modern sistemlərlə bütün ərəbistan ərazisini hədəfə ala bilərik.

Ənsarullah qrupu bildirib ki, elə modern texnologiyalara malikdir ki, ərəbistanda yerləşən amerikan və qeyri-amerikan zenit raket sistemləri belə onlarla mübarizə gücünə malik deyillər və bu üzdən, səudiyyənin Əsir və Nəcran məntəqələri bizim atəşlərimizin hədəfində yerləşirlər.

Ənsarullah silahlı qüvvələrinin sözçüsü Yəhya Sərii bu mətləbi bəyan edərək, əlavə edib: Bütün ərəbistan ərazisini hədəfə almaq üçün pilotsuz uçan aparat, idarə olunan və ballistik raket növlərinə malikik. Böhranın davam edəcəyi təqdirdə, bizim Əsirə, Nəcrana və Cizana hücumlarımız məhdud olmayacaqdır.

O, deyib: Biz bu raket və pilotsuzları ardıcıl surətdə istehsal etməyə qadirik və Yəmən bu qabiliyyətlərlə nəinki bir neçə ay, həm də bir neçə il müqaviməti davam etdirməyə qadirdir. Təcavüzkarlarla mübarizə Yəmənin qanuni haqqıdır.