Yəmənlilərin raketləri sudanlı muzdurların başlarına yağdırılıb
-
Yəmənlilərin raketləri sudanlı muzdurların başlarına yağdırılıb
Yəmənin ordusu və xalq komitələri dünən gecə iki ədəd "Zəlzal-1" və "Qrad" raketi ilə bu ölkənin Həccə əyalətində yerləşən Midi səhrasının şimalında səud koalisiyasının tabeliyində olan sudanlı qüvvələrin mövqelərini hədəfə alıblar.
Yəmənin Əlməsirə telekanalı bildirib ki, bu raket hücumunda onlarla sudanlı muzdur ölüb və ya yaralanıbdır.
Yəmənin ordusu və xalq komitələri şənbə günü gecə həmçinin iki ədəd "Zəlzal-1" raketi ilə ərəbistanın cənubunda yerləşən Əsir əyalətindəki Ələb keçidinin yaxınlığında səud muzdurlarının mövqelərini hədəfə alıblar.
Bu raket hücumunda da onlarla səud muzduru ölüb və ya yaralanıbdır.
Sudan ordusu 2015-ci ildən bəri hərbi qüvvə və təchizat göndərməklə səud koalisiyasının Yəmənə qarşı hücumlarında iştirak edir.
Ərəbistan və əmirliklər son illərdə sudanlı hərbçiləri işə götürmək üçün bu ölkənin keçmiş hökumətinə, həmçinin Sudan hərbi keçid şurasına milyonlarla dollar pul ödəyiblər.