Yəmən ordusunun ərəbistana qarşı pilotsuz hücumları
-
Yəmən ordusunun ərəbistana qarşı pilotsuz hücumları
Ənsarullah-ın ərəbistana qarşı pilotsuz hücumlarının davam etməsi bu hücumlar üçün dəqiq proqramlaşdırmadan xəbər verir.
Nəreyşen: Yəmən ordusunun ərəbistana qarşı ən yerni pilotsuz hücumlarında bu ölkənin cənubundakı Əbha və Cizan hava limanları bir ədəd “Qasif 2K” pilotsuzu tərəfindən hədəfə alınıb. Yəmən ordusunun sözçüsü bildirib ki, bu hücumda səudların qırıcılarının yuvaları, həmçinin bir neçə hərbi və həssas nöqtəsi hədəfə alınıb və hər iki aeroportun fəaliyyəti də dayanıbdır. Səud mənbələri də Cizanda bir neçə güclü partlayış səsinin eşidilməsindən xəbər veriblər.
Müsahibə: Ərəbistan hava limanlarına hücumda məqsəd, Səna hava limanının zalımcasına mühasirəsinə son qoymaq üçün beynəlxalq vicdanı oyatmaq və yəmənlilərin onların müalicəsi və həyatlarının xilas edilməsi üçün xaricə səfərlərinə zəminin yaranmasıdır. Ərəbistan ötən dörd il ərzində bir çox yəmənlini qətli-am edibdir.
Müsahibə: Ənsarullah-ın ərəbistana qarşı pilotsuz hücumlarının davam etməsi bu hücumlar üçün dəqiq proqramlaşdırmadan xəbər verir. Hal-hazırda Yəmən ordusu sözçüsünün bildirdiyinə görə, səudların 300-dən çox nöqtəsi müəyyən edilib və yəmənlilərin atəşlərinin hədəfində qərar tapıbdır. Aramko neft şirkətinə, Cizan elektrik stansiyasına və Əbha hava limanına hücum Yəmənin qüdrətinə ən yaxşı dəlildir.
Nəreyşen: Nəcranda Yəmənin zenit raket sistemi təcavüzkarların bir ədəd pilotsuzunu vurub və səkkiz səud hərbçisi Sədis məntəqəsində Yəmən snayperlərin hədəfinə tuş gəlib. Əlbəqəə cəbhəsində də təcavüzkarların iki tankı sərnişinləri ilə yanaşı, məhv edilib. Həmçinin səud muzdurlarının Əlşəbəkədəki mövqeləri bir ədəd “Zəlzal-1” raketi ilə hədəfə alınıb və Əltələ məntəqəsinin bəzi hissələri Yəmən ordusunun əlinə keçib.
Müsahibə: Yəmən ordusu və xalq komitələrinin hərbi gücünün artması göstərir ki, Yəmən mühüm bir savaşda qərar tapıb və Yəmən ordusu və xalq komitələrinin himayədarı olan bu ölkə xalqı bu savaşın Yəmən tarixindəki önəmindən yaxşı xəbərdardır.
Nəreyşen: Meydan hadisələri istiqamətində Əlxələfəyn cəbhəsindəki bomba partlayışında muzdurların iki transportyoru məhv edilib və səud muzdurlarının Əlməslub məntəqəsindəki mövqeləri Yəmən döyüşçülərinin mərmi hücumuna məruz qalıb. Belə bir halda, Şəbvə və Ədəndə əmirliklərin dəstək verdiyi Mənsur Hadinin tabeliyində olan silahlı qruplar ilə yəmənli qüvvələr arasındakı döyüşlər davam etməkdədir.