Əcnəbi qüvvələr Suriyadan çıxmalıdırlar
-
Əcnəbi qüvvələr Suriyadan çıxmalıdırlar
Suriyanın BMT-dəki daimi nümayəndəsi dünən vurğulayıb ki, Suriyada yaşayış şəraitinin yaxşılaşması Amerikanın komandanlığı altda olan əcnəbi hərbi qüvvələrin bu ölkədən çıxmalarını tələb edir.
Bəşşar Əlcəfəri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında qeyd edib ki, əcnəbilərin Suriyanın daxili işlərinə siyasi, hərbi və iqtisadi müdaxilələri ilə mübarizə bu ölkədəki insani şəraiti yaxşılaşdıra bilər.
Suriyanın BMT-dəki daimi nümayəndəsi bu ölkədə bütün birtərəfli hərəkətlərin ləğv edilməsini istəyib. O, deyib: Rəsmi Dəməşq terrorçuların törətdikləri faciəli hərəkətlərdən sonra Suriyanın abadlığı və inkişafı istiqamətində xidmətlərin göstəriilməsi və bu ölkə xalqına yardım üçün əlindən gələni əsirgəməyəcək.
Bəşşar Əlcəfəri əlavə edib: Qərb hökumətləri Suriya böhranının uzanmasında və bu ölkə xalqının problemləri üçün həll yolunun tapılmasına maneənin törədilməsində əsas rol oyanıblar.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi də bu iclasda deyib: Təhlükəsizlik Şurası üzvlərinin Suriya həqiqətləri barədə düzgün dərkləri yoxdur.
Vasiliy Nebenzya söyləyib: Dəməşqin və müttəfiqlərinin Suriyadakı hərbi əməliyyatlarda məqsədləri, terrorizm mərkəzi ilə mübarizədir. O, deyib: Rusiya Suriyaya təhlükəsizliyin və sülhün qayıtması istiqamətindəki səylərini davam etdirəcək.
Suriyada böhran, regionun parametrlərini sionist rejimin xeyrinə dəyişdirmək niyyəti ilə 2011-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və onların müttəfiqləri tərəfindən dəstəklənən terror qruplarının geniş hücumları ilə başlandı.
Suriya ordusu son zamanlar İran İslam Respublikasının hərbi məsləhət köməkləri və Rusiyanın himayəsi ilə İŞİD terror qrupunun bu ölkədəki işinə son qoya bildi. Digər terror qrupları da məğlub olmaqdadırlar.