Fələstinlilərin Bəhreyn iclasına etirazları
-
Fələstinlilərin Bəhreyn iclasına etirazları
“Əsrin sövdələşməsi”ni fələstinlilərə qəbul etdirmək məqsədilə keçirilməkdə olan Bəhreyn konfransına etirazların davamında Qəzzədə xalq toplantısı təşkil olunub. Toplantı xalqın və bir qrup fələstinli şəxsin, o cümlədən Fələstin İslami Müqatimət Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri İsmail Hənyə və İslami Cihad hərəkatının baş katibi Ziyad Əlnəxalənin geniş iştirakı ilə keçirilib.
Fələstinlilər hətta əgər onlarla sionist rejim arasında kəskin müharibənin baş verməsi bahasına olursa-olsun belə, “əsrin sövdələşməsi”nin qəbul etdirilməsilə müxalifətə təkid edirlər.
Əlnəxalə: Bəhreyndə keçirilən sionist emalatxanasına cavab olaraq, mən bütün fələstinli qruplar, təbəqələr və hərəkatların iştirakı ilə milli konfransın keçirilməsinə çağırır və elan edirəm ki, biz müqavimət və silahlı mübarizə variantını seçirik.
Bu konfransda iştirak edən cihadi şəxsiyyətlər vurğulayıblar ki, Bəhreyn iclası puç bir iclasdır və işğalçıların özlərinin nəzərdə tutduqları, işğal olunmuş Qüdsə və qərb sahilinin geniş hissələrinə göz yuman və sionist rejimin Qolana hökmranlığını nəzərdə tuan bir planı Fələstin xalqına qəbul etdirmək röyası illüziyadan başqa bir şey deyildir və hətta əgər minlərlə şəhidin qanı bahasına başa gəlsə belə, Fələstin xalqı tərəfindən rədd olunacaqdır.
Əhməd Əlmudəlləl- İslami Cihad-ın məsul şəxslərindən: Fələstin xalqı bütün Fələstin ərazisindən başqa heç nə ilə razılaşmayacaqdır. Buna görə, fələstinlilər təkid edirlər ki, müqavimət və mübarizələri davam edəcəkdir.