Qərb sahilinin şəhərlərində Bəhreyn iclası pislənilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i343127-qərb_sahilinin_şəhərlərində_bəhreyn_iclası_pislənilib
Manama konfransı iqtisadi emalatxana kimi sionist rejimdən olan bir heyətin, eləcə də bəzi sazişçi ərəb rejimlərinin iştirakı ilə başlanıbdır. Bu konfransda ən böyük qaib, fələstinlilər, o cümlədən müqavimət qrupları və Fələstin muxtariyyətidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 26, 2019 16:01 Asia/Baku
  • Qərb sahilinin şəhərlərində Bəhreyn iclası pislənilib
    Qərb sahilinin şəhərlərində Bəhreyn iclası pislənilib

Manama konfransı iqtisadi emalatxana kimi sionist rejimdən olan bir heyətin, eləcə də bəzi sazişçi ərəb rejimlərinin iştirakı ilə başlanıbdır. Bu konfransda ən böyük qaib, fələstinlilər, o cümlədən müqavimət qrupları və Fələstin muxtariyyətidir.

Qərb sahilinin və Qəzzə zolağının şəhərləri Bəhreyn iclasının və əsrin sövdələşməsi-nin pislənilməsi istiqamətində geniş tətillərin şahididirlər. Müəssisələr, hökumət mərkəzləri və hətta ticarət mərkəzləri belə, ötən on beş ildə misilsiz və ahəngdar bir hərəkətdə tətil ediliblər. Bəhreyn konfransının pislənilməsi siyasi səviyyədə məhdudlaşmayıb. Bu konfrans Fələstində xalq etirazları ilə üzləşibdir.

 Fələstin xalqı öz ölkəsini və Məsciduləqsa-nı azad edəcək. Heç kəsin Fələstin torpağının bir qarışını belə qəsb etmək haqqı yoxdur. Trampın əsrin sövdələşməsi uğursuz qalıb və bu yolda hər kəs Trampı müşayiət edərsə, uduzacaqdır. Fələstin satılmır.

Fələstinlilər vurğulayırlar ki, Bəhreyn konfransında verilən vədlər puçdur və bundan qabaqkı oxşar addım və planlar da fələstinlilərin hüquqlarından heç birini təmin etməyiblər. Fələstin xalqı müqavimətə strateji bir seçim kimi təkid edir və bu qənaətdədir ki, müqavimətdən başqa hər bir addım xülyadır. Və bəzi ərəb ölkələrinin xain hökmranları onu fələstinlilər üçün bir nailiyyət kimi təqdim etmək niyyətindədirlər.

: Şübhəsiz, əsrin sövdələşməsi bölgə və fələstinlilər üçün böyük bir xəsarətdir. Müqavimət Fələstin xalqının tətilini təsdiq edir. Və onunla yanaşıdır. Əsrin sövdələşməsinə və Bəhreyn konfransına etiraz bütün fələstinliləri müttəfiq edibdir. Biz qələbələr, həmçinin islami və ərəb uğurlarının əldə olunması dövründəyik. Və müqavimət mehvəri bizim birliyimizə səbəb olaraq, qüvvət nöqtəsi olmaqda davam edir.

Fələstinlilər bu qənaətdədirlər ki, Bəhreyn konfransı uğursuzluğa məhkumdur və bu konfransın iştirakçıları xəyanət yolunu seçiblər. Fələstinlilər öz şəhidlərinin qanları ilə bu yolla mübarizə ediblər və edəcəklər.