Dəməşqdə terror partlayışı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i343183-dəməşqdə_terror_partlayışı
Suriyanın paytaxtı Dəməşq şəhərində terror partlayışı nəticəsində indiyədək iki nəfər yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 27, 2019 15:38 Asia/Baku
  • Dəməşqdə terror partlayışı

Suriyanın paytaxtı Dəməşq şəhərində terror partlayışı nəticəsində indiyədək iki nəfər yaralanıb.

Suriyanın rəsmi SANA xəbər agentliyi bildiribdir ki, bu gün səhər bomba qoyulmuş bir avtomobil Dəməşqin Əlməzzəh şosesində partlayıb. Nəticədə bir ana uşağı ilə birgə yaralanıbdır.

Bu məlumata görə, yaralılar xəstəxanaya köçürülüblər və hazırda müalicə kursu keçirlər.

İran İslam Respublikasının Suriyadakı səfirliyi, eləcə də Kanada səfirliyi bu şose kənarında yerləşirlər. Suriyanın baş nazirlik və xarici işlər nazirlyi binaları da onun yaxınlığında yerləşirlər.

İndiyədək heç bir qrup bu partlayışın məsuliyyətini üzərinə götürməyibdir.