BƏƏ Yəməndən geri çəkildi; Ənsarullah-ın hücumlarından qorxduğu üçün
-
BƏƏ Yəməndən geri çəkildi; Ənsarullah-ın hücumlarından qorxduğu üçün
Dubay hökmranı Muhəmməd bin Raşid Ali-Məktum Yəmən müqavimətinin əmirliklərə qarşı hərbi hücumlarından qorxuya düşərək, Əbu-Dəbi vəliəhdi Muhəmməd bin Zaid Ali-Nəhyandan Yəməndən geri çəkilməsini istəyib.
Rəy Əlyəum qəzeti bir reportajda əmirliklər tərəfindən Yəməndən geri oturmaq qərarının çıxarılmasında Dubay hökmranı Muhəmməd bin Raşidin rolunun olmasına toxunaraq, əlavə edib: Dubay hökmranı Əbu-Dəbi vəliəhdi ilə mühüm bir görüşdə məlumat verib ki, Dubay Yəmən Ənsarullahının əmirliklərin həyati mərkəzlərinə qarşı hücumlarının xərcini ödəyə bilməz.
Bu məlumata görə, Bin Raşid eyni zamanda bildiribdir ki, Əbu-Dəbinin hazırkı siyasətinin davam edəcəyi halda, əmirliklərin birliyi təhlükəyə düşəcək.
Əmirliklərin Yəmən barədəki mövqeyinin öz istiqamətindən dönməsi yaxın gələcəkdə daha artıq özünü göstərəcək.
Ərəbistanın başçılıq etdiyi Yəmənə qarşı ərəb koalisiyasının üzvlərindən olan əmirliklər keçən cümə günü özünün iyirmi ədəd tankını Yəmənin Ədən şəhərindəki Əlzit limanından çıxardı.