Sionist rejim televiziyası sionist qəsəbə sakinləri arasında ruhi xəstəliklərin artdığını bildirib
-
Sionist rejim televiziyası sionist qəsəbə sakinləri arasında ruhi xəstəliklərin artdığını bildirib
Sionist rejimin 13-cü telekanalı xəbər verib ki, toqquşmalara görə, Qəzzə zolağının qonşuluğunda yerləşən sionist qəsəbələrin sakinləri arasında ruhi xəstəlik və problemlər artmaqdadır.
Sionist rejim televiziyası xəbər verib: Cari ilin başlanmasından bəri bir neçə mərhələ gərginlikdən sonra Qəzzə zolağının qonşuluğunda yerləşən sionist qəsəbələrin, xüsusən "Sedirot" və "Eşkval" qəsəbələrinin sakinləri arasında ruhi xəstəliklərə və problemlərə düçar olanların sayı artıbdır.
Bu məlumata görə, Qəzzə zolağının qonşuluğunda yerləşən sionist qəsəbələrdə psixiatrlar və ruhi xəstəliklər və problemlərlə bağlı ekspertlərin sayı azdır. Onlar çoxlu sayda xəstənin öhdəsindən gələ bilmirlər.
Təqribən iki ay bundan öncə sionist rejimin bir psixiatriya mərkəzi bildirdi ki, Qəzzə zolağındakı son ikigünlük savaşda qorxu və iztiraba düçar olmuş təqribən min sionist bu mərkəzə müraciət edibdir.