Fələstinlilərin mənzillərinin altından tunel çəkilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i343587-fələstinlilərin_mənzillərinin_altından_tunel_çəkilib
Məsciduləqsanın cənubunda yerləşən Səlvan məntəqəsində fələstinlilərin mənzillərinin altındakı mühitdə tunelin çəkilməsi layihəsinin başa çatması ilə sionistlər bu tuneli “Təriq Əlhuccac” adı və amerikalı nümayəndələrin rəsmi iştirakı ilə açıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2019 15:14 Asia/Baku
  • Fələstinlilərin mənzillərinin altından tunel çəkilib
    Fələstinlilərin mənzillərinin altından tunel çəkilib

Məsciduləqsanın cənubunda yerləşən Səlvan məntəqəsində fələstinlilərin mənzillərinin altındakı mühitdə tunelin çəkilməsi layihəsinin başa çatması ilə sionistlər bu tuneli “Təriq Əlhuccac” adı və amerikalı nümayəndələrin rəsmi iştirakı ilə açıblar.

Amerikanın işğal olunmuş Fələstindəki səfiri Devid Fridman, Amerikanın Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Ceyson Qrin Blad və sionist rejimin baş nazirinin arvadı Sara Netanyahu Məsciduləqsanın cənubunda yerləşən Əynulhilvə məntəqəsindəki tunelin açılışında iştirak ediblər. Sionistlər islami abidələrin mahiyyətini sionistliyə dəyişmək üçün bundan əlavə, bu məntəqədə bir çox tunel qazıblar.

Müsahibə(kişi): Amerika səfiri və Amerika prezidenti nümayəndəsinin bu tunelin açılışında iştirak etmələri onların fələstinlilərin yeni ərazilərini qəsb etmək və sionist qəsəbə sakinlərini məskunlaşdırmaq istiqamətində ciddi-cəhd göstərmələri deməkdir.

Müsahibə(kişi): Amerika birbaşa şəkildə Fələstin xalqı ilə qarşıdurmaya daxil olubdur. Onlar bundan öncə Qüds tuneli və Qolanın qəsbini rəsmən tanıdılar. Ərəb başçıları və ərəb xalqları bu aşkar təcavüzlə mübarizə aparmalıdırlar.

Fələstinlilər amerikalı rəsmilərin bu tunelin açılışında iştirak etmələrini Fələstin xalqının hüquqlarına göz yummaq və Qüdsün yəhudiləşdirilməsinə tam şərik olmaq kimi qiymətləndiriblər. Bu tunelin açılması Qüdsü işğal olunmuş hesab edən beynəlxalq qanunlara zidd olduğu üçün qanunsuzdur. Bu, elə bir halda həyata keçir ki, sionist rejim “əsrin sövdələşməsi”nin icra edilməsi üçün bir müqəddimə kimi islami abidələrin aradan götürülməsi istiqamətindəki səyini artırıbdır.

Müsahibə(kişi): Amerikanın işğal olunmuş Fələstindəki səfiri Fridmanın və Amerikanın xüsusi nümayəndəsi Qrin Bladın tunelin açılışında iştirak etmələri Fələstində beynəlxalq qanunların yerinə, meşə qanununun icrasından və Amerikanın “əsrin sövdələşməsi”nin icra edilməsi üzrə ciddi səyindən söz açır.

Amerika səfirinin addımı amerikalıların sionistləri hərtərəfli şəkildə himayə etmələri və Fələstin xalqına qarşı siyasətlərinin real simasını göstərdi.