Suriyaya dincliyin qayıtması
-
Suriyaya dincliyin qayıtması
Sionist işğalçıların Suriyadakı məntəqələrə sonuncu hücumundan sonra bir daha bu məntəqələrdəki həyat özünün adi axarına qayıdıb.
İşğalçı rejimin Suriyaya hücumları ssenarisi təkrar oldu və ən yeni ssenaridə Hums və Dəməşq ətrafındakı yaşayış massivləri hədəfə alındı. Bu hücumlar təyyarə ilə Livan səmasından və işğal olunmuş Qolan yüksəkliklərindən həyata keçirildi. Bu hücumda vətəndaşlardan onlarla nəfər şəhid oldu və yaralandı.
Əla Munir İbrahim- Rif-Dəməşq valisi
Sionist düşmən hətta mülki məntəqələrə hücum edir. Düşmən görəndə ki, Rif-Dəməşqdəki Səhnaya kimi şəhərlər terrorizm qarşısında müqavimət yolunda şəhidlər təqdim ediblər, bu şəhərlərin əhalisini cəzalandırmağa çalışır, amma hətta əgər bizlərdən yüzlər və ya minlərlə nəfər şəhid olsa belə, qələbə bizimlədir.
Rif-Dəməşqdə Səhnaya-ya hücum o həddə idi ki, partlayışın şiddəti Dəməşqdə də hiss olundu. Bu hücumlarda üç kilometr diametr hüdudlarında yaşayış mənzillərinə və ticarət mərkəzlərinə ciddi ziyan dəyib, amma hücumların başa çatması ilə Suriya xalqı hökumət mərkəzlərinin himayəsi ilə bir daha hücumdan qalmış əlamətləri aradan götürmək və zərər çəkmiş mərkəzləri bərpa etmək üçün tədbir görüb və şəhərdə həyat adi axara qayıdıbdır.
Vətəndaşlardan biri deyir:
Terror hücumları səhər saat beşədək 25 yaralı törətdi ki, bu arada dörd nəfərin vəziyyəti ağırdır. Eyni zamanda altı aylıq bir körpə də şəhid oldu.
İşğalçı rejimin Suriyaya hücumları ssenarisinin təkrar olunması beynəlxalq qanunlar əsasında hərbi cinayət sayılan Suriya vətəndaşlarına ziyan vurmaq və yeni şərait yaratmaq məqsədini güdür.