Netanyahu: Qəzzə zolağına qarşı geniş hücuma hazırıq
-
Netanyahu: Qəzzə zolağına qarşı geniş hücuma hazırıq
Sionist rejimin baş naziri dünən bildirib ki, bu rejim lazım olan təqdirdə Qəzzə zolağına qarşı geniş hücuma hazırlaşır.
Benyamin Netanyahu sionist rejimin təhlükəsizlik kabinetinin iclasından sonra iddia edib ki, bu rejim ordusu lazım olan təqdirdə Qəzzə zolağına qarşı geniş hücuma hazırdır.
Netanyahunun sionist rejimin Qəzzə zolağına qarşı geniş hücuma hazır olmasına dair sözləri elə bir halda söylənibdir ki, bu rejim son döyüşlərdə müqavimət qüvvələrinin raket hücumları qarşısında bir neçə gündən çox davam gətirmədi.
May ayının əvvəllərində Qəzzə zolağı ilə son atəş mübadiləsində sionist rejim dörd gündən sonra Misirdən istədi ki, Qəzzə zolağında raketlərin atılmasının dayandırılması və atəşkəs üçün vasitəçilik etsin.
Fələstinli müqavimət qruplarının müştərək əməliyyat otağı dəfələrlə bildiribdir ki, bombardmanın cavabını bombardman, qanın cavabını da qanla verəcəkdir.
Təqribən ötən on ildə sionist rejim bir neçə savaşı, o cümlədən 22, 8 və 50 günlük savaşları Qəzzəyə qəbul etdirib, amma onların hamısından başıaşağı, nakam və məğlub çıxıbdır.
Qəzzə zolağı 2006-cı ildən bəri sionist rejim tərəfindən quru, hava və dənizdən mühasirə edilibdir.