28 min suriyalı didərgin terror qruplarının əsirliyindədir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i343631-28_min_suriyalı_didərgin_terror_qruplarının_əsirliyindədir
Suriyalı didərginlərin qayıdışı məsələləri üzrə Suriya-Rusiya koordinasiya mərkəzi bir bəyanatda bildirib ki, hazırda 28 mindən çox suriyalı didərgin terror qruplarının əsirliyindədir. Bu mərkəz qeyd edib ki, terror dəstələri suriyalı didərginlərdən insan qalxanı kimi istifadə edirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2019 03:25 Asia/Baku
  • 28 min suriyalı didərgin terror qruplarının əsirliyindədir
    28 min suriyalı didərgin terror qruplarının əsirliyindədir

Suriyalı didərginlərin qayıdışı məsələləri üzrə Suriya-Rusiya koordinasiya mərkəzi bir bəyanatda bildirib ki, hazırda 28 mindən çox suriyalı didərgin terror qruplarının əsirliyindədir. Bu mərkəz qeyd edib ki, terror dəstələri suriyalı didərginlərdən insan qalxanı kimi istifadə edirlər.

Suriyalı didərginlərin qayıdışı məsələləri üzrə Suriya-Rusiya koordinasiya mərkəzi bu bəyanatda həmçinin bildirib ki, Amerika və onun qərbli müttəfiqləri, həmçinin terrorçular suriyalı didərginlərin öz vətənlərinə geri dönmələri prosesinə maneçilik törədirlər.

Bəyanatda deyilir ki, Amerika və müttəfiqləri Suriyaya dinc həyatın qayıtmasını istəmirlər.

Suriyalı didərginlərin qayıdışı məsələləri üzrə Suriya-Rusiya koordinasiya mərkəzi "Əlrəkban" düşərgəsindəki faciəli duruma da işarə edib  və amerikalı hərbçilərdən istəyibdir ki, terror dəstələrinin bu düşəgədəki cinayətkar hərəkətlərini dayandırsın və didərginlərin qeyd olunan düşərgədən çıxmaları üçün heç bir qeyd-şərt olmadan şərait yaratsınlar.

"Əlrəkban" düşərgəsi amerikanların işğalı altında olan Əltənf hərbi bazasının yaxınlığında yerləşir. Bu düşərgənin ətrafındakı məntəqələr də terror dəstələrinin işğalı altındadırlar.

Amerikalılar və terror dəstələri indiyədək Suriya hökuməti tərəfindən "Əlrəkban" düşərgəsinə humanitar yardımların göndərilməsinə, həmçinin suriyalı didərginlərin çıxşına mane olublar.