Əfqanıstan- terrorizmin qurbanı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i343642-Əfqanıstan_terrorizmin_qurbanı
Terrorizm bir bəhanə oldu ki, 2001-ci ildən bəri Amerikanın Əfqanıstanda başlatdığı savaş vasitəsilə savaşlar və əmin-amansızlıqlarda yüz mindən çox əfqan mülki öz həyatını itirmiş olsun.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2019 12:22 Asia/Baku
  • Əfqanıstan- terrorizmin qurbanı
    Əfqanıstan- terrorizmin qurbanı

Terrorizm bir bəhanə oldu ki, 2001-ci ildən bəri Amerikanın Əfqanıstanda başlatdığı savaş vasitəsilə savaşlar və əmin-amansızlıqlarda yüz mindən çox əfqan mülki öz həyatını itirmiş olsun.

Müsahibə(kişi): Mən Əfqanıstanı terrorçuların Harvard universiteti adlandırıram. Mən qorxuram ki, Əfqanıstan terrorçular üçün yaxşı bir laboratoriyaya çevrilmiş olsun.

Bu, Amerika prezidenti Donald Trampın Əfqanıstan barədəki ən yeni sözləridir.

Tramp elə bir halda Əfqanıstanı terrorçuların yetişdirilməsi üçün Harvard universiteti adlandırır ki, Əfqanıstandakı terror qruplarının sayı onların iştirakı illərində bir neçə qrupdan təqribən otuz qrupa çatıbdır.

Müsahibə(kişi): Əfqanıstanda müharibənin mənşəyi Amerikanın özüdür. Ona görə ki, İŞİD və ya bütün terror qrupları Amerika tərəfindən yetişdirilirlər.

Trampın bu sözləri əfqan xalqı və şəxsiyyətlərinin pisləmələri ilə üzləşibdir. Əfqanıstanın keçmiş prezidenti Hamed Kərzay bu barədə deyib: Əfqanıstanda terrorizm amerikalıların köməyi və iştirakı sayəsində inkişaf edibdir.

Müsahibə(kişi): Əlqaidə, İŞİD və bu kimi digər təkfirçi və terrorçu qruplar bunların özlərinin düzəltdiklkəri qruplardırlar. Biz sayıq olmalıyıq. Müsəlmanlar müttəfiq olmalıdırlar.

Əlbəttə, ilk dəfə deyildir ki, Tramp Əfqanıstanı terrorizmin kənarında qoyur. Son vaxtlar öz ölkələrini sabiq Sovet İttifaqının qarşısında müdafiə edən Əfqanıstan cihadçılarını terrorçu adlandırdı.

Müsahibə(kişi): Sabiq SSRİ Əfqanıstana hücum etdi, zira terrorçular oradan Sovet İttifaqına keçmək istəyirdilər. Elə həmin məsələ bais oldu ki, SSRİ Rusiya olmuş olsun.

İllərdir ki, Əfqanıstanda terrorizm amerikalı hərbçilərin iştirakı və əfqan mülkilərin qırğını üçün bir bəhanə olubdur.

Terrorizm bir bəhanə oldu ki, 2001-ci ildən bəri Amerikanın Əfqanıstanda başlatdığı savaş vasitəsilə savaşlar və əmin-amansızlıqlarda yüz mindən çox əfqan mülki öz həyatını itirmiş olsun.