Efiopiyalı miqrantlar aksiya keçiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i343745-efiopiyalı_miqrantlar_aksiya_keçiriblər
İşğal olunmuş ərazilərdə yaşayan efiopiyalı yəhudilər- falaşalar sionist rejimin rasizminə qarşı aksiyalarının davamında Fələstin şüarı veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2019 10:13 Asia/Baku
  • Efiopiyalı miqrantlar aksiya keçiriblər
    Efiopiyalı miqrantlar aksiya keçiriblər

İşğal olunmuş ərazilərdə yaşayan efiopiyalı yəhudilər- falaşalar sionist rejimin rasizminə qarşı aksiyalarının davamında Fələstin şüarı veriblər.

Efiopiyalı aksiyaçılar sionist başçılara etiraz olaraq, "Fələstin!" şüarı verir, bəziləri də "təkbir!" deyirdilər.

Bazar günündən etibarən, minlərlə falaşa yəhudisi Solomon Tika adlı efiopiyalı gəncin sionist rejim polisi tərəfindən öldürülməsinə etiraz olaraq, Təl-Əviv, Hayfa, Eşdud və Eşkelon şəhərlərində etiraz aksiyaları keçiriblər. Bu aksiyalarda sionist rejim tərəfindən altmış nəfər həbs olunub.

Belə bir halda, sionist "Yediot Aharnot" qəzeti yazıb: Efiopiyalı yəhudilər təhdid ediblər ki, bu gün Tikanın qatilinin qisas olunması tələbi ilə Təl-Əvivdə aksiya keçirəcəklər.

Falaşa yəhudiləri sionistlərin vədləri ilə işğal olunmuş ərazilərə mühacirət etmiş yoxsul qruplardandırlar. Onlar orada ayrı-seçkiliyə məruz qalıblar. Onlara üçüncü dərəcəli insanlar kimi baxılır.