Yəmən ordusu səud muzdurlarının mövqelərinə qarşı artilleriya hücumları keçirib
İyul 06, 2019 15:42 Asia/Baku
-
İngiltərə funt-sterlinqi tənəzzül uçurumunda
Yəmənin ordusu və xalq komitələri səud muzdurlarının Əlbiyza əyalətində yerləşən Qaniyyə cəbhəsindəki mövqelərini geniş artilleriya hücumlarına məruz qoyublar.
Yəmənli qüvvələrin Qaniyyə cəbhəsindəki əməliyyatında səud muzdurlarına aid mövqelərdən bir neçəsi məhv edilib. Nəticədə bir qrup təcavüzkar ölüb və ya yaralanıbdır.
Ərəbistanın cənubunda yerləşən Cizan məntəqəsində də Yəmənin ordusu və xalq komitələri səud muzdurlarının mövqelərini hədəfə alıblar.