Sionist rejim fələstinlilərə qarşı cinayətlərilə bağlı sənədləri məhv edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i343755-sionist_rejim_fələstinlilərə_qarşı_cinayətlərilə_bağlı_sənədləri_məhv_edir
Sionist "Haarets" qəzeti yazıb ki, sionist rejimin müharibə nazirliyinin məxfi arxiv bölməsi 1948-ci ildə və ondan sonrakı illərdə fələstinlilərə qarşı törədilmiş cinayətlərlə bağlı sənədləri məhv etməyi davam etdirir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2019 16:58 Asia/Baku
  • Sionist rejim fələstinlilərə qarşı cinayətlərilə bağlı sənədləri məhv edir
    Sionist rejim fələstinlilərə qarşı cinayətlərilə bağlı sənədləri məhv edir

Sionist "Haarets" qəzeti yazıb ki, sionist rejimin müharibə nazirliyinin məxfi arxiv bölməsi 1948-ci ildə və ondan sonrakı illərdə fələstinlilərə qarşı törədilmiş cinayətlərlə bağlı sənədləri məhv etməyi davam etdirir.

"Haarets" qəzetinin yazdığına görə, bu sənədlər fələstinlilərə qarşı kütləvi qırğınlar, qadınlara qarşı hörmətsizlik, fələstinli kəndlərin dağıdılması və onların məhv edilməsi ilə bağlıdır. Bu hərəkətlər barədə göstərişlər sionist rejimin ozamankı baş naziri David ben Quryon xüsusiyyət təşkil etməklə bu rejimin yüksək vəzifəli məsul şəxsləri tərəfindən verilibdir.

Bu istiqamətdə sionist tarixçi Timar Novik bir reportajda bildirib ki, ozamankı sənədi araşdırıb, amma sənəddə onun arxasında duran amillərdən heç bir ad olmayıb və onun vərəqlərinin bir hissəsi qoparılaraq, mövzunu qaranıqlaşdırıbdır.