Əfqanıstanın mərkəzində mina partlayışı
İyul 07, 2019 09:24 Asia/Baku
-
Əfqanıstanın mərkəzində mina partlayışı
Əfqanıstanın mərkəzindəki Qur vilayətində partlayış nəticəsində yeddi uşaq həlak olub.
Əfqanıstanın Qur valiliyinin sözçüsü deyib ki, bu gün "Dövlətyar" rayonunda mina partlayışı nəticəsində bir qrup uşaq da yaralanıbdır.
Əbdulhəy Xətibi əlavə edib: Bu hadisə həmin uşaqlar öz mal-qaralarını otararkən hərəkətləri yolunda minanın partlaması nəticəsində baş veribdir.
Qur vilayətinin vilayət şurasının üzvü Əbdulbəsir Qaderi də deyib ki, bu partlayış Talibanın işğalında olan bir məntəqədə baş veribdir.
Əfqanıstan hökumətinin rəsmi statistikasına əsasən, hər ay bu ölkədə açılmamış mina və partlayıcı maddələrin partlaması nəticəsində 120 nəfər ölür və ya yaralanır.