Sionist rejimin Xan Yunus əməliyyatında məğlub olmasının digər bir afterşoku
-
Sionist rejimin Xan Yunus əməliyyatında məğlub olmasının digər bir afterşoku
Sionist rejim ordusunun baş qərargah rəisi 2018-ci ilin noyabrında Xan Yunus əməliyyatında məğlub olmasına görə, bu rejimin hərbi kəşfiyyat şöbəsi rəisinin ehtimal üzrə kənarlaşdırılmasından xəbər verib.
“Məariv” qəzeti sionist rejim ordusunun baş qərargah rəisi Oyo Kuxaviyə istinadla yazıb: Tezliklə hərbi kəşfiyyat şöbəsinin rəisi Tamir Haymanın vəziyyəti müəyyən ediləcək.
Bir qrup sionist rejim hərbçisi 2018-ci ilin noyabrında Xan Yunusun şərqində yerləşən bir məntəqəyə hücum və Həmas-ın hərbi qolu olan Şəhid İzzəddin Əlqəssam batalyonlarının komandanlarından birini şəhid etdi.
Sionistlərin bu basqınının ardınca Fələstin İslam Müqaviməti işğal olunmuş əraziləri raketlə hədəfə aldı və sionist rejim ordusu atəşkəsi qəbul etməyə məcbur oldu, amma bu rejimin koalisiya hökuməti dağıldı və sionist rejimin baş naziri Benyamin Netanyahunun nazirllər kabineti buraxıldı.
Sionist rejim ordusunun bir qrup başçısı, o cümlədən müharibə naziri Aviqdor Liberman və ordunun hərbi kəşfiyyat şöbəsinin xüsusi əməliyyat bölməsinin komandanı da istefa verməyə məcbur olublar.