Netanyahu amerikalı qanunvericilərin sionist rejimin boykot edilməsi hərəkatı ilə müxalifətindən sevincək olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i345048-netanyahu_amerikalı_qanunvericilərin_sionist_rejimin_boykot_edilməsi_hərəkatı_ilə_müxalifətindən_sevincək_olub
Sionist rejimin baş naziri twitter-də sionist rejimin boykot edilməsi və bu rejimlə bağlı investisiyanın həyata keçirilməməsi kimi beynəlxalq boykot hərəkatı ilə müxalifət etmələrinə görə, amerikalı qanunvericilərə təşəkkür edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 25, 2019 16:02 Asia/Baku
  • Netanyahu amerikalı qanunvericilərin sionist rejimin boykot edilməsi hərəkatı ilə müxalifətindən sevincək olub
    Netanyahu amerikalı qanunvericilərin sionist rejimin boykot edilməsi hərəkatı ilə müxalifətindən sevincək olub

Sionist rejimin baş naziri twitter-də sionist rejimin boykot edilməsi və bu rejimlə bağlı investisiyanın həyata keçirilməməsi kimi beynəlxalq boykot hərəkatı ilə müxalifət etmələrinə görə, amerikalı qanunvericilərə təşəkkür edib.

Benyamin Netanyahu twitter-də yazıb: ABŞ konqresinin nümayəndələr palatasının bu addımı Amerikada sionist rejimə dəstəyə bir dəlildir.

ABŞ konqresinin nümayəndələr palatası icbarilik gətirməyən bir qətnamə qəbul edərək, sionist rejimin boykot edilməsi və bu rejimlə bağlı investisiyanın həyata keçirilməməsi kimi beynəlxalq boykot hərəkatı ilə öz müxalifətini elan edibdir.

Bu qətnamə 17 əleyhinə səs qarşılığında 398 lehinə səslə ABŞ konqresinin nümayəndələr palatasında qəbul olunub.

Bu qətnamədə qeyd edilir ki, sionist rejimin boykot edilməsi üzrə beynəlxalq hərəkat sionist rejimə qarşı yönəlmiş bir səydir.

Sionist rejimin boykot edilməsi üzrə beynəlxalq hərəkat məzlum Fələstin xalqına dəstək hədəfilə bütün dünyadakı tanınmış beynəlxalq müəssisələr, universitetlər və şirkətləri sionist rejimi və bu rejimin işğalçılığı ilə bağlı təşkilatları boykot etməyə təşviq edir və bütün dünyada genişlənməkdədir.