Netanyahunun yersiz əsaslandırması
-
Netanyahunun yersiz əsaslandırması
Sionist rejimin baş naziri bu rejimin qırıcıları və pilotsuzlarının bölgə ölkələrinə qarşı hava əməliyyatlarını əsaslandıraraq, iddia edib ki, son hərəkətlər özünümüdafiədir.
Sionist rejimin baş naziri Benyamin Netanyahu müqavimət cəbhəsini və İranı bu rejimə zərbə vurmaqda ittiham edərək, deyib ki, belə bir şəraitdə sionist rejimin önləyici hərəkətlərlə müqavimətin bölgədəki hədəflərinə hücum etmək haqqı var.
Netanyahunun sözləri sionist rejim ordusunun şənbə günü Suriyanın cənubuna qarşı hücumundan sonra söylənibdir. Onun iddiasına görə, bu hücumda məqsəd, Suriyadan istiqamətləndirilən pilotsuz hücumlarının qarşısını almaq olubdur.
Həmçinin bir sionist rejim pilotsuzu bazar günü Beyrutda Livan Hizbullahının qərargahına hücum etdi.
Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah bu hücumu sionist rejimin 2006-cı ildən bəri Livana qarşı ilk hücum hərəkəti adlandırıb və bildirib ki, onda iki tərəf bir-biri ilə toqquşubdur.
Belə bir halda, İraqda Həşduşşəbi qüvvələri də iki gün bundan öncə sionsit rejimin bu qrupun qüvvələrinə qarşı pilotsuz hücumundan xəbər verdi.