Yəmən ordusu Nəcranda səud hərbçilərinin mövqelərinə "Qasim" raketi atıb
Avq 27, 2019 15:23 Asia/Baku
-
Yəmən ordusu Nəcranda səud hərbçilərinin mövqelərinə "Qasim" raketi atıb
Yəmənin ordusu və xalq komitələri "Qasim" tipli bir ədəd yeni ballistik raketlə səud hərbçilərinin Nəcranda yerləşən mövqelərini hədəfə alıblar.
Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri bu gün deyib: Yerli və yeni "Qasim" raketi son vaxtlar əməliyyat mərhələsinə çıxarılıb. Bu raket diqqətlə düşmənin Nəcrandakı mövqelərini vurub. Nəticədə bir qrup səud hərbçisi ölüb və yaralanıbdır.