BMT: Qəzzə zolağında vəziyyət kövrəkdir
BMT-nin Yaxın Şərq məsələləri üzrə koordinatoru dünən Qəzzə zolağının vəziyyətini kövrək adlandırıb.
Nikolay Mladenov BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq barədəki iclasında Qəzzə zolağındakı elektrik çatışmazlığının nəticələri barədə xəbərdarlıq edib. O, bu böhranın faciəli nəticələrinin qarşısını almaq üçün dünya ictimaiyyətinin yardım göstərməsini istəyib.
BMT-nin Yaxın Şərq məsələləri üzrə koordinatoru sionist rejimin Qəzzə zolağına yanacağın göndərilməsinin dayandırılması üzrə qərarından nigarançılıq edərək, deyib ki, bu qərar bu zolaqda xidmətlərin və elektrik təmininin azalmasına səbəb olacaq.
Mladenov Qəzzə zolağındakı sağlamlıq böhranına da işarə edib və bildirib ki, bu zolaqda dərman və müalicə xidmətlərinin təqdimi son dərəcə azalıbdır.