Səud koalisiyasının qırıcıları Sənanı bombalayıblar
-
Səud koalisiyasının qırıcıları Sənanı bombalayıblar
Səud koalisiyasının qırıcıları bu gün səhər tezdən iki dəfə Yəmənin paytaxtı Sənanı bombalayıblar.
Yəmənin Əlməsirə telekanalı bildirib ki, təcavüzkar səud koalisiyasının qırıcıları Səna beynəlxalq aeroportunu və onun ətrafındakı məntəqələri hədəfə alıblar.
Bəzi informasiya qaynaqları Sənada bir neçə güclü partlayış səsinin eşidilməsindən xəbər veriblər.
Belə bir halda, Yəmənin ordusu və xalq komitələri bu gün səhər tezdən səud koalisiyasının təcavüzlərinə cavab olaraq, "Qüds 1" tipli bir ədəd yerli Kruz raketi ilə ərəbistanın Əsir əyalətində yerləşən Əbha beynəlxalq hava limanını hədəfə alıblar.
Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri bildirib ki, bu raket Əbha hava limanındakı qırıcı anqarı və hərbi əməliyyat mərkəzini hədəfə alıbdır.
Ərəbistanın Əbha və Cizan hava limanları, həmçinin "məlik xalid" hava bazası son həftələrdə Yəmənin ordusu və xalq komitələrinin raket və PUA bölmələri tərəfindən dəfələrlə hədəfə alınıblar.