Suriya ordusu İdlibdə irəliləyib
Avq 30, 2019 10:35 Asia/Baku
Suriya ordusunun qüvvələri Cibhətunnusrə terror ünsürləri ilə döyüşdə strateji Əltəmanə qəsəbəsini azad etməyə müvəffəq olublar.
Suriya ordusunun qüvvələri dünən axşamçağı İdlibin cənub-şərqində ilkin bombardmana başlayıblar.
Terrorçuların mövqelərinin ilkin bombardmanından sonra Suriya ordusunun qüvvələri terrorçuların Əltəmanədə yerləşən mövqelərinə hücum etdilər.
Suriya ordusunun qüvvələri ötən gün axşam bu strateji qəsəbəni terrorçulardan geri almağa müvəffəq olublar. Əltəmanə, strateji "Xan Şiyxun" şəhərinin şimal-şərqində yerləşir.
Teqlər