Livan xalqı şadlıq içindədir; sionistlər qaçırlar
-
Livan xalqı şadlıq içindədir; sionistlər qaçırlar
Livan ilə işğal olunmuş Fələstin arasındakı sərhədlər boyunca davamlı asayiş hökm sürür. Bu möhkəm təhlükəsizlik Livan Hizbullahının və Müqavimət seyyidinin qüdrəti hesabına livanlılar arasında bərqərardır.
Livan ilə işğal olunmuş Fələstin arasındakı sərhədlər boyu. Əbu Əli deyir: Sionistlər getdilər ki, Seyyid Həsən Nəsrullah demişkən, tək qıçla- qorxu içində Hizbullahın cavabını gözləmiş olsunlar.
Livan vətəndaşı: Sionistlər doğrudan qoxrurlar. Sərhədlərin vəziyyətindən məlumdur. Bu qorxu və intizarın özü Hizbullahın cavabının bir hissəsidir.
Livan işğal olunmuş Fələstinlə təqribən 80 kilometrlik sərhədə malikdir. İlk dəfə olaraq işğal olunmuş Fələstinə daxil oldum... Livandan işğal olunmuş Fələstinə daxil oldum. Bura, işğal olunmuş Fələstindir.
Fələstini qəsb edənlər bu günlər bir an belə sakit deyillər, amma sərhəd məntəqələrində yaşayan livanlılar izzətli və dinc həyat və sadiq söz qüdrətindən deyirlər.
Livan vətəndaşı: Biz Kəfər-Kəllada dayanmışıq və sionistlərin qorxusunu yaxından görürük. Onların qorxusu Hizbullahın qüdrətinə qəti şəkildə inanmalarından irəli gəlir.
Livan vətəndaşı: Müqavimət yolu və qüdrətinə iman səbəb olub ki, biz və ailəmiz burada asayişdə yaşamış olaq.
Əbu Əli sözlərinin sonunda dedi: Bəlkə də sionistlər bu sualın cavabını tapmaq üçün sərhədlərdən gediblər: Hizbullah haçan və necə cavab verəcək?
Livan Hizbllahı baş katibinin sözləri sionistlərin canına elə vəlvələ salıbdır ki, sərhəd zolağının bu rejim hərbçiləri tərəfindən boşaldılmasından sonra sionist qəsəbə sakinləri də tədricən sərhəd zolağından çıxaraq, işğal olunmuş Fələstinin dərinliklərinə gedirlər.