S.H. Nəsrullah: Sionist rejim öz təcavüzlərinin əvəzini ödəyəcək
-
S.H. Nəsrullah: Sionist rejim öz təcavüzlərinin əvəzini ödəyəcək
Livan Hizbullahının baş katibi bildirib ki, bu ölkədə sionist rejimin Livana qarşı təcavüzlərini pisləmək üzrə milli birlik mövcuddur. O, vurğulayıb ki, sionist rejim öz təcavüzlərinin əvəzini ödəyəcək.
Seyyid Həsən Nəsrullah məhərrəm ayının və dünya şiələrinin üçüncü imamı İmam Husəyn(ə)-ın əzadarlıq mərasiminin gəlib çatması münasibətilə Beyrutun Cənubi Zahiyyə bölgəsində etdiyi çıxışında müqavimətə dəstək verdikləri üçün Livanın prezidenti, parlament sədri, baş naziri və digər Livan rəsmilərinin mövqelərini yüksək dəyərləndirib. Bildirib ki, müqavimətin sionist rejimin son təcavüzlərinə cavabı, Livan ərazisindən həyata keçiriləcəkdir.
Livan Hizbullahının baş katibi vurğulayıb: Livan müqaviməti öz istəyi və iradəsinə əsasən və konkret bir taktika çərçivəsində sionist rejimin təcavüzlərinə cavab üçün münasib zaman, məkan və şəraiti seçəcək.
Livan Hizbullahının yetərincə dəqiq raketlərə malik olduğunu dilə gətirən Seyyid Həsən Nəsrullah bildirib ki, müqavimət sionist düşmənlə hər cür kiçik və ya böyük qarşıdurmaya hazırdır.
Livan Hizbullahının baş katibi deyib: Düşmənə anlatmaq lazımdır ki, Livan təcavüzə dözmür. Bunu prezident Mişel Aun daxil olmaqla livanlı rəsmilər də elan ediblər.
Seyyid Həsən Nəsrullah əlavə edib: Sionist rejimin Livanı bombaladığı zaman başa çatıb və bu gün Livan təhlükəsizlik içindədir.
Livan Hizbullahının baş katibi deyib: Sionist rejimin təcavüzlərinə cavab qəti bir məsələdir və ona şəkk-şübhə yoxdur.
Sionist rejim PUA-ları ötən bir həftə ərzində üç dəfə Livanın hava məkanını pozublar.