Livanın cənub əhalisi Hizbullahın sionist rejimə qarşı uğurlu əməliyyatını bayram edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i347774-livanın_cənub_əhalisi_hizbullahın_sionist_rejimə_qarşı_uğurlu_əməliyyatını_bayram_edib
Livanın cənub əhalisi Hizbullahın sionist rejimə qarşı uğurlu əməliyyatını bayram edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 02, 2019 02:40 Asia/Baku
  • Livanın cənub əhalisi Hizbullahın sionist rejimə qarşı uğurlu əməliyyatını bayram edib
    Livanın cənub əhalisi Hizbullahın sionist rejimə qarşı uğurlu əməliyyatını bayram edib

Livanın cənub əhalisi Hizbullahın sionist rejimə qarşı uğurlu əməliyyatını bayram edib.

Livanın cənubundakı "Marun Əlrəəs" bölgəsinin əhalisi dünən gecə Hizbullahın sionist rejimə qarşı qalibiyyətli əməliyyatının ardınca küçələrə çıxaraq şadlıq edib.

"Marun Əlrəəs" bölgəsinin əhalisi "Ləbbeyk, ya Nəsrullah!" və "Əlmutulisrail!" şüarları verərək, Livan Hizbullahını himayə edib.

Livanın əl-Məyadin telekanalı da xəbər veribdir ki, Beyrutun cənubundakı Zahiyyə bölgəsinin sakinləri də Livan Hizbullahının sionist işğalçılara qarşı uğurlu əməliyyatının ardınca vəcdə gələrək, Hizbullahın əməliyyatına dəstək veriblər.

Livan Hizbullahı dünən axşam sionist rejimin Livana qarşı təcavüzlərinə cavab olaraq, işğal olunmuş ərazilərin şimalında sionistlərin bir ədəd hərbi avtomobilini hədəfə alıb. Nəticədə bu avtomobilin bütün sərnişinləri ölüb və ya yaralanıbdır.

Sionist rejim ordusu Livanın cənubuna qarşı hücumlarının davamında bazar günü də bu ölkənin cənubundakı bəzi bölgələri PUA və artilleriya hücumlarına məruz qoydu.