Kabil partlayışında beş nəfər ölüb
Sen 03, 2019 03:54 Asia/Baku
-
Kabil partlayışında beş nəfər ölüb
Bazar ertəsi gecə Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktı nəticəsində 5 nəfər ölüb.
Bazar ertəsi gecə Kabilin 9-cu bölgəsində beynəlxalq yardım agentliklərinin ofisləri yaxınlığında baş verən partlayış nəticəsində 5 nəfər ölüb, onlarla insan yaralanıbdır.
Taliban partlayışa görə məsuliyyəti öz üzərinə götürübdür.
Partlayış ABŞ-ın xüsusi nümayəndəsi Zəlmay Xəlilzadın Talibanla danışıqlar üçün Kabildə olduğu bir halda baş verir.
Xəlilzad dünən gecə bildirib ki, əgər Taliban razılaşsa, Vaşinqton Əfqanıstandakı 15 minlik qoşunundan 5 min nəfəri geri çəkəcək.
O, Amerikanın beş aydan az müddətdə beş bazasını bağlayacağını və Talibanla razılaşmasına sadiq qalacağını bildirib.