Kabil terror partlayışında ölənlərin sayı artıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i347853-kabil_terror_partlayışında_ölənlərin_sayı_artıb
Kabil terror partlayışında ölənlərin sayı 16 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 03, 2019 07:41 Asia/Baku
  • Kabil terror partlayışında ölənlərin sayı artıb
    Kabil terror partlayışında ölənlərin sayı artıb

Kabil terror partlayışında ölənlərin sayı 16 nəfərə çatıb.

Əfqanıstan daxili işlər nazirliyinin sözçüsü Nosrət Rəhimi bu gün bildirib ki, dünən gecə Kabil yaşayış massivində baş vermiş terror partlayışında 16 mülki ölüb, 119 nəfər də yaralanıbdır.

Bundan öncə əfqan mənbələr həmin terror partlayışında ölənlərin sayını beş nəfər elan etmişdi.

Taliban qrupu bu terror partlayışının məsuliyyətini öz üzərinə götürüb və iddia edib ki, həmin hücumda onlarla xarici hərbçi ölübdür.