Sionist hərbçilər geniş şəkildə Əlxəlildə yerləşdiriliblər
-
Sionist hərbçilər geniş şəkildə Əlxəlildə yerləşdiriliblər
Sionist rejimin baş naziri Benyamin Netanyahunun Əlxəlil məntəqəsinə səfəri ərəfəsində Qüdsü işğal etmiş rejimin hərbçiləri geniş şəkildə bu məntəqədə yerləşdiriliblər ki, fələstinlilərin həmin səfərə etirazı ilə mübarizə aparmış olsunlar.
Sionist rejimin baş naziri öz seçki təbliğatları istiqamətində və knesset seçkilərində sionistlərin səslərini əldə etmək məqsədilə bu gün Əlxəlil şəhərinə və onun islami müqəddəslərinə, o cümlədən İbrahim(ə) hərəminə hörmətsizlik etmək niyyətindədir.
Fələstinlilər bu səfərlə bağlı olduqca hiddətlənib və onunla mübarizəyə çağırıblar.
Əlxəlilin vəqflər nazirliyi Netanyahunun Əlxəlil şəhərinə səfərinə reaksiyada vurğulayıb: Bu addım sionist rejimin keçmiş baş naziri Şaronun 2000-ci ildə Qüdsə daxil olmasını xatırladır.
Bu nazirlik Fələstin xalqını İbrahim hərəmini qorumağa çağırıb.