Sionist rejimin təcavüzünə cavab verəcəyik
-
Sionist rejimin təcavüzünə cavab verəcəyik
Livan Hizbullahının baş katib müavini vurğulayıb ki, sionist rejimin hər cür təcavüzünə qətiyyətlə cavab veriləcək.
Şeyx Nəim Qasim məhərrəm ongünlüyü münasibətilə etdiyi çıxışında əlavə edib: Sionist rejimin Suriyada müqavimət qüvvələrinə hücumuna cavab verildi və siz nəticəni gördünüz. Amma onlar öz mövqelərini dəyişmək istəmədikləri üçün daxili ümumi fikrə yalan dedilər. Bildirdilər ki, bir hadisə baş verməyib, amma sionist qəsəbə sakinlərinə təsvirlər göstərildi ki, bu təsvirlər sionist rejim başçılarının yalan danışmalarından xəbər verir. Bu, onların biabırçılığın bir hissəsidir, amma bu, müqavimətin təsirli olmasının möhkəmliyi və əhval-ruhiyyəsinin nişanəsidir. Sionist rejim yalnız güc və qüdrətə söykənməklə aradan götürülür. Sionist rejim yalnız güc dilini anlayır. Müqavimət 2006-cı il döyüş qaydalarını təsbit etdi və indi hər cür təcavüzə cavaba hazırdır.