"Qayıdış haqqı" yürüşündə iki fələstinli şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i348129-qayıdış_haqqı_yürüşündə_iki_fələstinli_şəhid_olub
Qəzzə zolağında keçirilən böyük "Qayıdış haqqı" yürüşünün 73-cü cüməsində sionist rejim hərbçilərinin atəşləri nəticəsində iki fələstinli şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 07, 2019 02:44 Asia/Baku
  • "Qayıdış haqqı" yürüşündə iki fələstinli şəhid olub

Qəzzə zolağında keçirilən böyük "Qayıdış haqqı" yürüşünün 73-cü cüməsində sionist rejim hərbçilərinin atəşləri nəticəsində iki fələstinli şəhid olub.

Fələstin Səhiyyə Nazirliyi bildirib ki, dünən Qəzzə zolağında keçirilən bu yürüşdə Əli Sami Əli əl-Əşqər sionist rejim hərbçilərinin atəşləri nəticəsində şəhid olub. İkinci şəhidin kimliyi məlum deyildir.

Bu aksiyada 70 fələsinli də sionist rejim hərbçilərinin atəşləri nəticəsində yaralanıbdır.

73-cü "Qayıdış haqqı" yürüşü "Parametrlərin pozulması üzrə hər cür səy ilə qarşılaşmaq üçün daxili cəbhəyə dəstək" adı altında keçirilib.

Böyük "Qayıdış haqqı" yürüşü 2018-ci il martın 30-dan Qəzzə zolağının 13 illik mühasirəsinə son qoymaq məqsədilə və Amerika səfirliyinin Qüdsə köçürülməsinə etiraz olaraq keçirilir.

İndiyədək hər həftənin cümə günü Qəzzə zolağının şərq sərhədində keçirilən böyük "Qayıdış haqqı" yürüşündə 320-dən çox fələstinli şəhid olub, 31 mindən çox nəfər də yaralanıbdır ki, onların 500 nəfərindən çoxunun durumu ağır elan olunubdur.