Bağdadda beş terror partlayışı baş verib
Sen 08, 2019 04:33 Asia/Baku
-
Bağdadda beş terror partlayışı baş verib
İraq mediaları dünən gecə bu ölkənin paytaxtı Bağdadda beş terror partlayışının baş verməsindən xəbər veriblər.
İraqlı qaynaqlar bildiriblər ki, bu beş partlayış Bağdadın mərkəzi, cənubu, şərqi və cənub-qərbində baş veribdir.
İraqın "Suməriyyə Nyus" telekanalı bildiribdir ki, həmin partlayışlarda azı on bir nəfər yaralanıbdır.
İŞİD terror qrupunun İraqda məğlub olmasına baxmayaraq, hələ də bu terror qrupunun bir sıra üzvləri bu ölkənin müxtəlif bölgələrində iştirak edərək, pərakəndə şəkildə terror hərəkətlərinə əl atırlar.