Kabildə Əfqanıstan xüsusi qüvvələrinin qərargahı qarşısında partlayış baş verib
Sen 12, 2019 12:46 Asia/Baku
-
Kabildə Əfqanıstan xüsusi qüvvələrinin qərargahı qarşısında partlayış baş verib
Əfqanıstan ordusunun xüsusi qüvvələrinin qərargahı qarşısında baş verən güclü partlayış bu ölkənin paytaxtı Kabilin qərbini titrədibdir.
Əfqanıstan daxili işlər nazirliyinin sözçüsü Nosrət Rəhimi bildirib ki, bu partlayış Kabilin 7-ci təhlükəsizlik dairəsinin "Riş Xor" bölgəsində baş verib.
Məlumatlara görə, partlayışın səsi hadisə məkanının bir neçə kilometrliyindən eşidilibdir.
Bu partlayışın ehtimal olunan tələfatı və xəsarəti, həmçinin digər detalları barədə məlumat yayılmayıbdır.