Yəmənlilər Həccə əyalətində raket və artilleriya əməliyyatı keçiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i348466-yəmənlilər_həccə_əyalətində_raket_və_artilleriya_əməliyyatı_keçiriblər
Yəmənin ordusu və xalq komitələrinin raket və artilleriya bölmələri dünən gecə müştərək bir əməliyyatda səud muzdurlarının bu ölkənin şimal-qərbində yerləşən Həccə əyalətindəki mövqelərini hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 13, 2019 04:37 Asia/Baku
  • Yəmənlilər Həccə əyalətində raket və artilleriya əməliyyatı keçiriblər

Yəmənin ordusu və xalq komitələrinin raket və artilleriya bölmələri dünən gecə müştərək bir əməliyyatda səud muzdurlarının bu ölkənin şimal-qərbində yerləşən Həccə əyalətindəki mövqelərini hədəfə alıblar.

Yəmənin əl-Məsirə telekanalı bildirib ki, bu əməliyyatda onlarla səud muzduru ölüb və yaralanıbdır.

Yəmənin ordusu və xalq komitələri bu əməliyyatda “Zəlzal-1” tipindən olan iki ədəd yerli ballistik raketdən istifadə ediblər.

Yəmən silahlı qüvvələrinin baş qərargah rəisinin müavini general-mayor Əli əl-Muşəki son zamanlar bildirmişdi ki, yəmənli qüvvələr heç bir təcavüzkarın Yəməndən salamat çıxmayacağı barədə əhd bağlayıblar.