74-cü "Qayıdış haqqı" yürüşündə 55 fələstinli yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i348502-74_cü_qayıdış_haqqı_yürüşündə_55_fələstinli_yaralanıb
Fələstin Səhiyyə Nazirliyi Qəzzə zolağında keçirilən böyük "Qayıdış haqqı" yürüşünün 74-cü cüməsində sionist rejim hərbçilərinin atəşləri nəticəsində azı 55 nəfərin yaralanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 14, 2019 02:53 Asia/Baku
  • 74-cü
    74-cü "Qayıdış haqqı" yürüşündə 55 fələstinli yaralanıb

Fələstin Səhiyyə Nazirliyi Qəzzə zolağında keçirilən böyük "Qayıdış haqqı" yürüşünün 74-cü cüməsində sionist rejim hərbçilərinin atəşləri nəticəsində azı 55 nəfərin yaralanmasından xəbər verib.

"Qayıdış haqqı" yürüşü cümə günü "Rüsvayçı Oslo Sazişini tariximizdən siləcəyik" adı altında keçirilib.

Sionist rejim hərbçiləri fələstinli aksiyaçılara divan tutarkən onlara qarşı hərbi güllədən əlavə, gözyaşardıcı və zəhərli qazlardan istifadə ediblər.

Dinc mahiyyətli Qayıdış haqqı yürüşü "Yer günü" münasibətilə 2018-ci il martın 30-da Qəzzə zolağında başlayaraq, indi də keçirilməkdədir. 

2018-ci il martın 30-dan bu günədək bu aksiyalarda 310-dan çox fələstinli sionist hərbçilərin gülləsinə tuş gələrək şəhid olub və azı 31 min fələstinli də yaralanıbdır.

Bir çox ölkələr o sıradan İran İslam Respublikası eləcə də beynəlxalq təşkilatlar sionistlərin bu cinayətini pisləyiblər. 

Fələstinlilərin "yer günü"nün ildönümündə hər il keçirilən yürüşü sionist rejimin 1976-cı il martın otuzunda fələstinlilərin ərazilərinin müsadirəsi sahəsindəki qərarını xatırladır.