Ərəbistanın Aramko neft şirkətinin iki neft saytı yəmənli pilotsuzların hücumuna məruz qalıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i348514-Ərəbistanın_aramko_neft_şirkətinin_iki_neft_saytı_yəmənli_pilotsuzların_hücumuna_məruz_qalıb
Yəmənin ordusu və xalq komitələri səud təcavüzkarlarla döyüşlərin davamında yeni nailiyyət əldə ediblər. Yəmənli qüvvələr bir daha səudiyyənin həssas və strateji mövqelərinə qarşı uğurlu PUA əməliyyatı təşkil edə və beləliklə öz PUA güclərini yenidən sübuta yetirə bildilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 14, 2019 13:51 Asia/Baku
  • Ərəbistanın Aramko neft şirkətinin iki neft saytı yəmənli pilotsuzların hücumuna məruz qalıb
    Ərəbistanın Aramko neft şirkətinin iki neft saytı yəmənli pilotsuzların hücumuna məruz qalıb

Yəmənin ordusu və xalq komitələri səud təcavüzkarlarla döyüşlərin davamında yeni nailiyyət əldə ediblər. Yəmənli qüvvələr bir daha səudiyyənin həssas və strateji mövqelərinə qarşı uğurlu PUA əməliyyatı təşkil edə və beləliklə öz PUA güclərini yenidən sübuta yetirə bildilər.

Ərəbistanın şərqində yerləşən “Hicrət əl-Xəriz” və “Bəqiq” əyalətində səudiyyənin “Aramko” şirkətinin iki zavodu yəmənli pilotsuzların hücumunda yandırılıb. Yəmən ordusu bildirib ki, tezliklə bu əməliyyatın detallarını mediyaya çıxaracaq.

Yəməndə Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Muhəmməd əl-Bəxiti yəmənli döyüşçülərin “Aramko” şirkətinin neft təsisatlarına qarşı hücumuna işarə edib.

m.k- Əgər səudlar öz təcavüzlərinə davam etsələr, işin sonu səudiyyə rejiminin işinin bitməsi ilə bağlı olacaq. Bizim əməliyyatımız hava və raket hücumları ilə məhdudlaşmayacaq. Və bəlkə də ərəbistanın içərilərinə təmərküzləşəcəyik. Və əgər səudlar öz təcavüzlərini dayandırmazlarsa, inşaallah, Ərriyada gedib çıxacağıq.

m.k- Bu son dərəcə mühüm hərbi hədəflərin dəyəri, milyardlarla dollardır. Onu hədəfə almaq təcavüzkarlar üçün faciəli iqtisadi və hərbi nəticələr verəcək.

Beynəlxalq Ekspertlər Komitəsinin sədri Kamal əl-Cənduli təcavüzkarların Yəməndəki cinayətkarcasına hərəkətlərlə bağlı məsuliyyəti barədə deyib: Ənsarullah-ın bu komitə ilə həmkarlığı Mənsur Hadi qrupu və səud koalisiyasından qat-qat çoxdur. O, əlavə edib: Beynəlxalq tərəflər Yəməndə savaşın dayandırılması üçün səy göstərməlidirlər.

m.k- Yəməndə böyük cinayətlər törədilib. Bu barədə məlumat verilməlidir. Biz sülhün bərqərarı üçün səy göstəririk. Və bu məqsədlə bütün müharibə tərəfdarlarından həmkarlıq etmələrini istəmişik. Təəssflə, onlar cavab vermədilər.

Təcavüzkarlar 4 il yarımdan çoxdur ki, yəmənli qadın və uşaqları öz evlərində, bazarlar, həmçinin toy və yas mərasimlərində qanlarına qəltan edirlər. Amma BMT təcavüzkarların təqib olunmaları üçün heç bir addım atmayıbdır. Halbuki təcavüzkarların cinayətləri barədə xeyli sənəd mövcuddur.