Netanyahu Rusiyadan əliboş qayıdıb
-
Netanyahu Rusiyadan əliboş qayıdıb
Sionist rejimin baş naziri Rusiya səfərində soyuq qarşılanıb.
Ələxbar qəzeti yazıb ki, Netanyahu Putinlə görüşmək üçün üç saatdan çox gözləmə otağında oturub. Qəzet yazıb ki, sionist rejimin baş naziri Rusiya səfərində soyuq qarşılanıb və Rusiyadan əliboş qayıdıb.
Ərəb dilində çıxan səudiyyə qəzeti "İndipendent" də bir rus mənbəyə istinadla xəbər verib ki, Netanyahu və Putinin görüşmələrinə rəğmən, Suriya və İraqda sionist rejimlə Rusiya arasındakı ixtilaf qalmaqda davam edir.
Amerikan "Elmonitor" mediası da Netanyahunun Rusiya səfərlərindəki uğursuzluqlarına işarə edib. Elmonitor yazır: Bu gün, dörd il keçəndən və Netanyahunun Putinlə keçirdiyi 13 görüşdən sonra belə görünür ki, o, Moskva ilə Tehran arasında ayrılıq sala bilməyib. İran ilə Rusiyanın Suriyadakı həmkarlığı keçmişdəki kimi möhkəmdir.