Qəzzədə sionist rejimin casusluq PUA-sı məhv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i348562-qəzzədə_sionist_rejimin_casusluq_pua_sı_məhv_edilib
Fələstin müqaviməti dünən gecə Qəzzə zolağının üzərində sionist rejimin bir ədəd casusluq pilotsuzunu məhv edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 15, 2019 03:56 Asia/Baku
  • Qəzzədə sionist rejimin casusluq PUA-sı məhv edilib
    Qəzzədə sionist rejimin casusluq PUA-sı məhv edilib

Fələstin müqaviməti dünən gecə Qəzzə zolağının üzərində sionist rejimin bir ədəd casusluq pilotsuzunu məhv edib.

Fələstinli mənbələr bildiriblər ki, Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin hərbi qolu olan “Şəhid Əbu Əli Mustafa” batalyonlarının snayperlər bölməsi sionist rejimin bu casusluq pilotsuzunu məhv edibdir.

Ötən bazar ertəsi günü gecə də Fələstin müqavimət qüvvələri Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərinin şərqində sionist rejimin bir ədəd casusluq pilotsuzunu məhv etmişdilər.

Sionist rejimin pilotsuzları, qırıcıları, vertolyotları və artilleriyası son həftələr dəfələrlə Qəzzə zolağının müxtəlif məntəqələrini hədəfə alıblar.

Sionist rejim 2017-ci ilin dekabrından Qəzzə zolağına qarşı hava hücumlarının yeni mərhələsini öz gündəminə gətiribdir.

Sionist rejimin Qəzzə zolağına qarşı hücumlarında indiyədək minlərlə fələstinli şəhid olub və yaralanıbdır.

Qəzzə zolağı 2006-cı ildən sionist rejimin quru, hava və dəniz mühasirəsi altındadır və bu zolağın sakinləri bir çox problemlə üzləşirlər.