İraqda bir terror şəbəkəsi məhv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i348564-İraqda_bir_terror_şəbəkəsi_məhv_edilib
İraqlı qaynaqlar bu ölkənin Səlahəddin vilayətinin Samirra şəhərində bir terror şəbəkəsinin aşkar və məhv edilməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 15, 2019 04:22 Asia/Baku
  • İraqda bir terror şəbəkəsi məhv edilib
    İraqda bir terror şəbəkəsi məhv edilib

İraqlı qaynaqlar bu ölkənin Səlahəddin vilayətinin Samirra şəhərində bir terror şəbəkəsinin aşkar və məhv edilməsindən xəbər veriblər.

İraqın “Suməriyyə Nyus” telekanalı bildirib ki, bu terror şəbəkəsinin üzvləri Hüseyn(ə) Ərbəini günündə terror əməliyyatı planlaşdırırmışlar.

İraqda İŞİD terror qruplaşmasının məğlub olmasına baxmayaraq, hələ də ölkənin müxtəlif yerlərində bu terrorçu qrupun bəzi üzvləri var və onlar terror aktları törədirlər.

İŞİD terror qruplaşması 2014-cü ildə ABŞ və onun Qərb və ərəb müttəfiqlərinin, o cümlədən səudiyyə ərəbistanının maliyyə və hərbi dəstəkləri ilə İraqa hücum etdi. İŞİD bu ölkənin şimal və qərb bölgələrinin böyük bir hissəsini işğal etdi və çoxsaylı vəhşiliklər törətdi.

İraq qüvvələri İran İslam Respublikasının hərbi məsləhət köməyi ilə 2017-ci ilin noyabr ayında əl-Anbar vilayətindəki Rawa şəhərini azad etməyə müvəffəq oldular. Şəhərin azad edilməsi ilə İŞİD-in İraqdakı işi faktiki olaraq bitmiş oldu.