Səud qırıcıları Yəmənin Hirz şəhərinə hücumlar keçiriblər
Sen 19, 2019 13:06 Asia/Baku
-
Səud qırıcıları Yəmənin Hirz şəhərinə hücumlar keçiriblər
Təcavüzkar səud koalisiyasının qırıcıları Yəmənin qərbində yerləşən Həccə əyalətinin Hirz şəhərini bombalayıblar.
Səud rejimi qırıcılarının Hirz şəhərinə qarşı hücumları bir qrup Yəmən vətəndaşının yaralanması və yaşayış mənzillərinə xəsarətlərin dəyməsi ilə nəticələnibdir.
Təcavüzkar səud muzdurları Əlhudəydə əyalətində yerləşən Əlhali şəhərindəki "7 iyul" yaşayış massivinə tərəf bir neçə mərmi atıblar.
Səudiyyə Ərəbistanı və müttəfiqləri dörd ildən çoxdur ki, minlərlə mülki vətəndaşın öldürülməsindən və Yəmənin infrastrukturunun dağıdılmasından sonra bu ölkə xalqının müqavimətinə görə, 2015-ci ilin mart ayından bəri Yəməndəki hədəflərinə çata bilmirlər.