Cizanda səud koalisiyasının mövqeləri raket atəşinə tutulub
Yəmənin ordusu və xalq komitələri dünən gecə səud koalisiyasının Yəməndəki təcavüzləri və cinayətlərinə cavab olaraq, bu koalisiyanın Ərəbistanın cənubunda yerləşən Cizan məntəqəsindəki mövqelərini raket atəşinə tutublar.
Yəmənin ordusu və xalq komitələri bildiriblər ki, “Zəlzal-1” tipindən olan üç ədəd yerli ballistik raketlə təcavüzkar səud koalisiyası muzdurlarının Cizanın Əldud təpələrinin şərqində yerləşən mövqelərini hədəfə alıblar.
Yəmənli mənbələr həmçinin bildiriblər ki, səudlar və onların muzudrları ağır tələfat və xəsarətə düçar olublar.
Yəmənin ordusu və xalq komitələri demək olar ki, hər gün ərəbistan ərazisinin daxilini ballistik raketlərlə hədəfə alırlar. Bu addım səud koalisiyasının Yəmənə qarşı təcavüzünə və bu ölkə sivillərini hədəfə almasına cavab olaraq atılır.
Səudiyyə Ərəbistanı/ ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkənin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə hərbi təcavüz etdi və bu ölkəni quru, dəniz və havadan mühasirəyə aldı. Səudiyyə Ərəbistanın Yəməndə apardığı müharibə bu günə qədər 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın yaralanmasına və milyonlarla yəmənlinin didərgin düşməsinə səbəb olubdur.