Suriyanın bərpası üzrə beşinci sərgi 390 xarici şirkətin iştirakı ilə işə başlayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i348970-suriyanın_bərpası_üzrə_beşinci_sərgi_390_xarici_şirkətin_iştirakı_ilə_işə_başlayıb
Suriyanın bərpası üzrə beşinci sərgi 31 xarici ölkədən 390 xarici şirkətin iştirakı ilə Dəməşqdə 22 min 500 kvadratmetrlik bir ərazidə işə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 20, 2019 12:53 Asia/Baku
  • Suriyanın bərpası üzrə beşinci sərgi 390 xarici şirkətin iştirakı ilə işə başlayıb

Suriyanın bərpası üzrə beşinci sərgi 31 xarici ölkədən 390 xarici şirkətin iştirakı ilə Dəməşqdə 22 min 500 kvadratmetrlik bir ərazidə işə başlayıb.

Suriyanın bərpası üzrə beşinci sərgi elə bir halda keçirilir ki, dünyanın 31 ölkəsindən 400-ə yaxın şirkət onda iştirak edir.

Suriyanın əmək və mənzil naziri Muhəmməd Seyfəddin: Dünyanın müxtəlif ölkələrinin, hətta Qərbin artmaqda olan iştirakı belə bir reallıqdan xəbər verir ki, Amerikanın Suriya hökumətinə qarşı sanksiyaları uğursuz qalıbdır.

Bu gün hamı Suriyanın iqtisadi bazarına göz dikib və bu ölkənin iqtisadi sərgilərini fürsətlərin aşkar edilməsi üçün bir yarıq kimi dəyərləndirmək olar.

m.k- Bizim şirkətimizin Beyrut və Dubayda şöbələri var və Suriyanın trikotaj sənayesində iştirak etmək istəyirik.

İran İslam Respublikası da elm və sənaye sahələri üzrə 90-a yaxın şirkətlə bu sərgidə ən böyük iştirakçı hesab olunur.

İranın Dəməşqdəki səfiri Cəvad Torkabadi: Əslində Suriyanın bərpası sərgisi fürsətlərdən biridir və iranlı şirkətlər müxtəlif sahələrdə bu prosesdə iştirak edə bilərlər.

Amma Rusiya və Çinin Suriya bazarından daha çox pay əldə etmək üzrə ölkəmizlə sıx rəqabətləri tamamilə hiss olunur.

m.k- İranın 90-a yaxın şirkətlə iştirakı diqqətəlayiqdir. Biz istəyirik ki, İran müharibə dövrünün müttəfiq kimi quruculuq dövrünün də şəriki olmuş olsun.