Ərəbistan İstanbuldakı konsulluğunu satıb
-
Ərəbistan İstanbuldakı konsulluğunu satıb
Xəbərlər səud rejimini tənqid edən jurnalist Camal Qaşıqçının İstanbulda qətlə yetirildiyi məkanın gizli surətdə satılmasından söz açır.
Türkiyə mediaları bildiriblər ki, Qaşıqçının qətli məkanı olan ərəbistanın İstanbuldakı konsulluğunun binası səudlar tərəfindən gizli və qanunsuz şəkildə satılıb. Belə bir halda, Camal Qaşıqçının ərəbistanın İstanbuldakı konsulluğunda qətlə yetirilməsinin birinci ildönümünə bir ay qalır.
"Deyli Sabah" qəzeti yazıb: Konsulluq binasının daxilində Qaşıqçı qətlə yetirilərkən qeydə alınmış səslər ərəbistan hökumətini öncə ona vadar edibdir ki, texniki qrup bu səsləri konsulluq binasındakı gizli dinləmə aparatının yaddaşından silsin, amma bu qrup həmin binadan geri döndükdən sonra səud hökumətinə bir məlumat təqdim etdi və onda tövsiyə etdi ki, konsulluq binası boşaldılsın və bu məsələ bais oldu ki, ərəbistan xarici işlər nazirliyi məkan dəyişmə və nəticədə binanı satma qərarına gəlsin.