Təcavüzkarlar gərginliyin artırılmasının cavabını alacaqlar
-
Təcavüzkarlar gərginliyin artırılmasının cavabını alacaqlar
Yəmən Ali İnqilab Komitəsinin sədri təcavüzkar ölkələrə xəbərdarlıq edibdir ki, gərginliyin artırılmasının cavabını alacaqlar.
Muhəmməd Əli əl-Husi 21 sentyabr Yəmən inqilabının beşinci ildönümü günü münasibətilə Sənada keçirilən azadlıq və istiqlal yürüşündə bu ölkə xalqının milyonluq toplantısında vurğulayıb: Bizim xalqımız zalım və quldur güclər qarşısında təslim olmağı rədd edir. Biz haqq və ədalətə çatmaq üçün inqilab etdik və inqilabçı olaraq qalacağıq. O, əlavə edib: Hamı bilsin ki, Yəmənin inqilabçı xalqı heç vaxt təslim olmayacaq və zilləti qəbul etməyəcək.
Muhəmməd Əli əl-Husi deyib: Yəmən inqilabının rəhbəri təcavüzkar ölkələrə xəbərdarlıq etdi və bu ölkələr bilsinlər ki, gərginliyin şiddətləndirilməsinə gərginliyi şiddətləndirməklə cavab verəcəyik.