“Yeni üfüq” adlı anti-sionist konfrans
-
“Yeni üfüq” adlı anti-sionist konfrans
“Yeni üfüq” adlı yeddinci beynəlxalq və anti-sionist konfrans Avropa, Şimali Amerika, Cənubi və Qərbi Asiyadan mütəfəkkir və jurnalistlərin iştirakı ilə üç gün müddətinə Beyrutda keçirilir. Konfransın keçirildiyi bu müddət ərzində bu ölkə polisinin 20 il zindan təhdidi ilə Livanda iştiraklarına mane olduğu amerikalı qonaqlar canlı və video-konfrans formasında çıxış etməlidirlər.
“Yeni üfüq” adlı beynəlxalq və anti-sionist konfrans Avropa, Şimali Amerika, Cənubi və Qərbi Asiyadan 40 görkəmli mütəfəkkir və jurnalistin iştirakı ilə Beyrutda işə başlayıb.
m.k- Livan qanunsuz sionist rejimə qarşı konfransın keçirilməsi üçün ən yaxşı məkandır. Sionist rejim və Amerika öz hegemonçuluqlarına qarşı bütün beynəlxalq oyanış hərəkətini hamıdan yaxşı anlayıblar. Onlar hərbi meydanda məğlub olublar. Təfəkkür meydanında da təqdim etmək üçün bir şeyləri yoxdur.
m.k- Bu, Livanın daxilində ilk konfransdır və əsas qayəsi sionizm ilə mübarizədir. Və Qərbdən iştirak edən bütün kəslər həm sionizm, həm sionist rejim, həm də Qərbə qarşı məqalə və kitablarla məşhurdurlar.
Beynəlxalq sionizmin təsiri bu konfransın qonaqlarının çıxışlarının əsas mehvəridir.
m.k- Bu proqram və bura yeganə yerdir ki, biz azadcasına Qərbin sionist rejim hökumətinin terrorizminə baxışı və öz hədəflərini həyata keçirmək üçün onların Amerikadakı təsirləri barədə öz görüşlərimizi dilə gətiririk.
m.k- Amerika bölgədə müqavimətə ardıcıl hərbi məğlubyyətlərindən sonra indi konfransı boykot edir. Amma bizim mesajımız və beynəlxalq oyanış sionist rejimin və imperializmin süst dayaqlarını darmadağın edir.
Qonaqların iştirakı sübut etdi ki, beynəlxalq oyanış sionizm və imperializm qarşısında boykotediləsi deyildir.