Ənsarullah: Var gücümüzlə təcavüzkarların cavabını verəcəyik
-
Ənsarullah: Var gücümüzlə təcavüzkarların cavabını verəcəyik
Yəmənin Ənsarullah hərəkatının siyasi şurasının üzvü Əli əl-İmad vurğulayıb ki, yəmənlilər var güclərilə səud təcavüzkarlarının və onların muzdurlarının cavabını verəcəklər.
Əli əl-İmad IRNA ilə müsahibədə bildirib ki, ərəbistan və onun Fars Körfəzi bölgəsindəki müttəfiqləri bu gün öz təcavüzkarlıqlarının davam etdirilməsinin təhlükələrini dərk ediblər. O, əlavə edib: Yəmənin ordusu və xalq komitələrinin bütün addımları qanuni müdafiə və təcavüzkarlara cavab istiqamətindədir və bu addımlar təcavüzkarlığın sonunadək davam edəcəkdir.
Yəmənin Ənsarullah hərəkatının siyasi şurasının üzvü sonra bildirib ki, əmirliklər ərəbistanın cinayətlərinin şəriki kimi öz hesablamalarının yenidən nəzərdən keçirilməsi barədəki qərara dair mesajlar göndəribdir. O, əlavə edib: Əmirliklər öz yolunu düzəltməli və tam şəkildə Yəməndən çıxmalıdır.
Yəmənin Ənsarullah hərəkatının siyasi şurasının üzvü söyləyib: Aramko təsisatları üçün baş verənlər misilsiz bir addım olaraq, Yəmənə təcavüz edənlərin hamısını və onların himayədarlarını öz təsiri altına qoydu.