Livanda “Müqavimətli Fələstinli Qadın” konfransı keçirilib
-
Livanda “Müqavimətli Fələstinli Qadın” konfransı keçirilib
“Müqavimətli Fələstinli Qadın” konfransı fələstinli qadının sionizmlə mübarizə və işğalçıların gündəlik şəkildə törətdikləri problemlərlə qarşılaşmadakı mühüm rolunun bəyan edilməsi məqsədilə Beyrutda təşkil olunub. Konfrans on ölkədən olan İslam Dünyasının elit qadınlarının iştirakı ilə keçirilib.
“Müqavimətli Fələstinli Qadın” konfransı Fələstin, İraq, Suriya və Livandan olan yüz müqavimət nümunəsi və elit qadının iştirakı ilə keçirilib.
m.q- Müqavimət qadınlarının meyarı Həzrət Xədicə və Həzrət Zeynəb(səlamullah ələyhuma)dır. Bu qadınların olması ilə İntifazə və Müqavimət yolu qələbəyədək davam edəcək.
Bu konfransın özəl qonağı İslami Məzhəblərin Yaxınlaşdırılması Ümumdünya Assambleyasının baş katibi idi. Ayətullah Mohsen Əraki Fələstinli müqavimətli qadını sionist rejimlə mübarizənin bayraqdarı adlandırdı.
m.k- Müqavimətli fələstinli qadının rolu bu gün ikinci deyil, birinci roldur. Yəmən və Livanda müqavimətli qadın birinci rolu oynayırlar. Hərəm müdafiəçiləri şəhidlərinin anaları bütün regionda əldə olunmuş qələbələrdə birinci rola malik olublar.
Fələstinli qadın konfransı qadınların İntifazə və Müqavimətdəki rolları mehvər olmaqla İslam Dünyası Qadınlar Birliyinin təşəbbüsü ilə keçirildi.
Müqavimətli fələstinli qadın İntifazə hərəkətini davam etdirən kişiləri yetişdirən bir şəxsdir.