Ərəbistan kralının şəxsi cangüdəni öldürülüb
Səud mənbələri ərəbistan kralının şəxsi cangüdəni Əbduləziz əl-Fəqmin öldürüldüyünü bildiriblər.
Səud mənbələri xəbər veriblər ki, ərəbistan kralı Salman bin Əbduləzizin cangüdəni general-mayor Əbduləziz əl-Fəqm bu gün səhər Ciddədə yerləşən Feysəl xəstəxanasına çatdırıldıqdan sonra vəfat edibdir.
Bu arada Əlşərquləusət qəzeti əl-Fəqmin ölümünün səbəbinə toxunmadan yazıb ki, o, xəstəxanaya köçürüldükdən sonra ölüb.
Əlfəqm öncə ərəbistanın keçmiş kralı Kral Abdullah bin Əbduləzizin şəxsi cangüdəni olub və onun ölümündən sonra da kral Salmanın şəxsi cangüdəni olubdur.
"Əkaz" qəzeti əl-Fəqmin ölüm xəbərini verərək, yazıbdır ki, o, şübhəli bir şəraitdə öldürülübdür.
Ərriad qəzeti də yazıbdır ki, əl-Fəqm şəxsi ixitlaflara görə, Ciddədə hədəfə alınıbdır.
Digər tərəfdən, səudiyyəli jurnaist Əli əl-Əhməd tvitter-dəki şəxsi hesabında yazıb: Kral Salmanın şəxsi cangüdəni bir neçə gün bundan öncə vəzifəsindən kənarlaşdırılmışdı ki, bu məsələ onun ölümünü şübhəli edir.